Tarapp nədir?

“Tarapp” layihəsi çərçivəsində hazırlanan bu audio proqram şagirdlər‚ abituriyentlər‚ birinci kurs tələbləri‚ müəllimlər‚ müəllimliyə namizədlər və xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub.

Bu proqram daxilində 6-11-ci sinif Azərbaycan  və Ümumi dünya tarixi fənlərini əhatə edən proqram səsləndirilərək yığılıb. Dərslər 10 illik pedaqoji stajı olan və 8 illik repetitorluq təcrübəsi olan tarix müəllimi Günel Əhmədova tərəfindən hazırlanıb.

Bu tətbiqetmə sayəsində şagirdlər gün ərzində kitab oxumaq üçün bir neçə saat müddətində gözlərinin sərf etdiyi enerjiyə qənaət edəcək‚ bu da gələcəyimiz olan şagirdlərin gözlərinin zəifləməsinin qarşısını alacaq. Xüsusi olaraq‚ gözdən əlil olan və ya görməsində müəyyən dərəcədə problemlər yaranan şagirdlər bu tətbiqdən rahatlıqla istifadə edə biləcəklər.

İstifadəçilər bu proqramın dərslərini kitab oxumaq üçün uyğun olmayan situasiyalarda da dinləyə biləcəklər. Dərs öyrənməyi əylənəcəyə çevirən “Tarapp” metroda‚ marşrut avtobusunda‚ piyada yol gedərkən də istifadə oluna bilər. Səhər məktəbə gedən şagird və ya hazırlığa gedən abituriyent elə yoldaca dərslərini təkrarlayacaq. Bunun üçün onlara müasir smartfon və qulaqcıq lazım olacaq‚ təbii ki‚ əsas olaraq da “Tarapp” kursu.

Sosial şəbəkələrdə tez-tez xaricdə yaşayan həmvətənlərimizin Azərbaycan tarixinə aid kitablar axtarması‚ öz övladlarına Azərbaycanın tarixini öyrətmək üçün ölkədə yaşayanlardan kitablar istəməsi hallarına rast gəlirik. “Tarapp” başqa ölkələrdə yaşayan dünya azərbaycanlıları üçün də göydəndüşmə bir proqramdır.

Digər yazılara keçid edin:

Dərsləri dinləyin

“TARAPP”ı necə əldə etməli?

Bizimlə əlaqə